Donald Tusk : “Son günlər Rusiya ordusunu Ukraynaya birbaşa müdaxilə təhlükəsi artıb”

Donald Tusk : “Son günlər Rusiya ordusunu Ukraynaya birbaşa müdaxilə təhlükəsi artıb”

6 Avqust 2014 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Son günlər Rusiya ordusunu Ukraynaya birbaşa müdaxilə təhlükəsi artıb". Apa-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, bunu Polşanın baş naziri Donald deyib.

O bildirib ki, şübhələnmək üçün əsasları var: "Son bir neçə saatdır, Rusiyanın Ukraynaya birbaşa müdaxilə etmə riskinin ötən günlərə nisbətən daha da artması ilə əlaqədar informasiyalar əldə etməkdəyik. Əgər Rusiya qüvvələri Ukraynaya müdaxilə edərsə, yeni situasiya yaranacaq və düşünürəm ki, bu, heç kim üçün yaxşı olmayacaq. Təbii ki, Qərb ictimaiyyəti buna birmənalı cavab verəcək".

D. Tusk Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Avropa iqtisadiyyatına da ağır təsir edəcəyini, ancaq Ukrayna böhranın həllində Rusiyanın heç bir reaksiya göstərməməsinin nəticələrinin daha ağır olacağını vurğulayıb.

Mediainfo.az