Ukrayna azərbaycanlılarından dünyaya müraciət

Ukrayna azərbaycanlılarından dünyaya müraciət

5 Avqust 2014 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər.

Bu barədə müraciəti Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev beynəlxalq təşkilatlara ünvanlayıb.

Müraciətdə Ukraynada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlardan Ermənistanın silahlı qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin vacibliyi qeyd olunub. Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin müraciətində bütün beynəlxalq təşkilatlar - BMT, Avropa İttifaqı, Avropa Şurası, xüsusən də ATƏT işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların azad olunması barədə qəbul edilmiş qətnamələrinin yerinə yetirilməsi üçün konkret addımlar atılmalı olduğu qeyd olunub.

"Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin tərəfdarıdır", - deyə müraciətdə bildirilib.

Mediainfo.az