BB Ermənistan və Azərbaycana səsləndi

BB Ermənistan və Azərbaycana səsləndi

5 Avqust 2014 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır və bütün tərəfləri bu gərginliyi azaltmağa çağırır. Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, ötən həftə Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi barədə məlumatlar yayılıb: "Çoxlu sayda itkilərin olması və ağır hərbi qurğulardan istifadə olunması haqda yayılan məlumatlar ötən 20 il ərzində atəşkəsin ən narahatverici formada pozulduğunu göstərir. Böyük Britaniya həm Ermənistanı, həm də Azərbaycanı gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə əməl etməyə çağırır".

Bəyanatda hər iki tərəfdən itkilərin baş verməsindən kədər hissi ifadə olunur və tərəflər sülh razılaşması istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə çağırılır.

Mediainfo.az