Sarkisyan Minsk qrupunun uğura yaxın olduğunu deyib

Sarkisyan Minsk qrupunun uğura yaxın olduğunu deyib

9 İyun 2011 11:59
631
Bəyəndim (0) Bəyənmədim (0)

Vyanada keçirilən Ümumdünya İqtisadi Forumunda Avropa və Mərkəzi Asiyanın regional sammiti çərçivəsində təşkil olunan iclasda çıxış edən Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı olduğunu bildirib. Baş nazir xüsusilə qeyd edib ki, ATƏT-in Minsk qrupu uğura yaxındır və ABŞ, Fransa və Rusiya prezidentlərinin bəyanatı buna sübutdur. Onun sözlərinə görə, erməni tərəfi sözügedən bəyanatda mövcud olan əsas prinsiplərlə razıdır və siyasi iradə nümayiş etdirməyə, həmçinin təcili razılaşmaya gəlməyə hazırdır.

"Bunun üçün bütün obyektiv ilkin şərtlər var. Bizim azərbaycanlı həmkarlarımızın da siyasi iradə nümayiş etdirməsi və gələcək danışıqlar üçün baza olacaq sazişi imzalamağa hazır olmaları vacibdir", - deyə Sarkisyan bildirib.

Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur. Erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. (Alman səyyahı Alferd Kerte)

Tofiq Əliyev

O.M.