Ərdoğan seçkidən sonra ilk səfəri Azərbaycana edəcək

Ərdoğan seçkidən sonra ilk səfəri Azərbaycana edəcək

9 İyun 2011 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək parlament seçkisi çərçivəsində "CNN Türk"də nümayiş olunan "Liderlər Zirvəsi" proqramının ötən gün axırıncı qonağı olub. Proqramda Dağlıq Qarabağ problemindən də danışan R. T. Ərdoğan Ermənistanla olan münasibətlərə də açıqlıq gətirərək Azərbaycanın Qarabağ problemi məsələsi həllini tapmadan Ermənistanla sərhəd qapılarının açılmayacağını vurğulayıb. Seçkidən sonra Ərdoğana baş nazir kimi hansı ölkəyə səfər edəcəyi barədə verilən suala isə Rəcəb Tayyib Ərdoğan Azərbaycan və ya Kipr cavabını verib: "O məlum məsələdir. Amma istərsəniz hələlik bu barədə danışmayaq. Yəqin Azərbaycanı ziyarət edərik. Və ya KKTC-yə (Şimali Kipr Türk Cümhuriyyəti) gedərik. Bu, atılması labüd olan addımdır".

Əgər seçilsə, gözümüz üstə yeri var.

Tofiq Əliyev

O.M.