Qəddafi : "Təslim olmaqdansa, əziyyətlə ölməyə üstünlük verirəm"

Qəddafi : "Təslim olmaqdansa, əziyyətlə ölməyə üstünlük verirəm"

8 İyun 2011 10:40
679
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya lideri Müammər Qəddafi yerli tayfa nümayəndələri ilə ötən gün görüş keçirilib. Görüşün yeri barədə isə heç bir məlumat yoxdur.

Qəddafi görüşdə bəyan edib ki, ölüm təhlükəsi ilə üzləşsə də, Tripolini tərk etmək niyyətində deyil. O, tərəfdarlarını NATO qüvvələrinin bombardmanlarına məhəl qoymamağa və paytaxtı tərk etməməyə çağırıb. Liviya lideri onu da deyib ki, təslim olmaqdansa, əziyyətlə ölməyə üstünlük verir.

40 il NATO-nun əsarətində yaşamaqdansa, bircə gün azad yaşamaq yaxşıdır.

Tofiq Əliyev

O.M.