Pan Gi Mun ikinci müddətə BMT-nin baş katibi olmaq istəyir

Pan Gi Mun ikinci müddətə BMT-nin baş katibi olmaq istəyir

7 İyun 2011 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Pan Gi Mun ikinci müddətə BMT-nin baş katibi vəzifəsinə namizədliyini dəstəkləmək xahişi ilə qurumun Təhlükəsizlik Şurasına formal sorğu göndərib. Bu ay BMT Təhlükəsizlik Şurasının sədri olan Nelson Messona ünvanlanmış sənəddə deyilir: "Beşillik müddət başa çatır. BMT-nin baş katibi vəzifəsində səlahiyyətlərimin müddəti bitmək üzrədir. Bu vəzifə üçün nəzərdə tutulmuş siyahıya ikinci müddətə namizədliyimin daxil olunması xahişi ilə TŞ üzvlərinə müraciət edirəm". BMT Xartiyasına görə, qurumun baş katibi BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Məclis tərəfindən təyin edilir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin hər biri - ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Fransa baş katibin namizədliyinə veto qoymaq hüququna malikdir.

Xatırladaq ki, BMT-nin səkkizinci baş katibi Pan Gi Mun 2007-ci ildə bu vəzifədə Kofi Annanı əvəz etmişdir.

Tofiq Əliyev

O.M.