Şimon Peres İlham Əliyevi təbrik edib

Şimon Peres İlham Əliyevi təbrik edib

4 İyun 2014 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail prezidenti Şimon Peres Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:

"Hörmətli cənab prezident, Azərbaycanın milli bayramı - Respublika Günü mənə zati-alinizə İsrail xalqı adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq, sizə cansağlığı, ölkənizə və xalqınıza isə davamlı inkişaf arzulamaq imkanı yaradır. Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət başçısını həmçinin Vyetnam Sosialist Respublikasının prezidenti Truonq Tan Sanq təbrik edib.

Mediainfo.az