Putin: “Ukraynada rusiyalı hərbçilər yoxdur”

Putin: “Ukraynada rusiyalı hərbçilər yoxdur”

4 İyun 2014 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya heç vaxt Ukraynada vəziyyəti gərginləşdirməyə çalışmayıb. Bu ölkədə hərbçilərimiz yoxdur. Apa-nın məlumatına görə, bunu Fransanın "TF1" telekanalına və "Europe1" radiosuna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiyanın Ukraynanı birləşdimək niyyətinin olmadığını bildirən Putin buna heç vaxt cəhd etmədiklərini vurğulayıb.

"Ukrayna hökuməti öz xalqı ilə dialoqa başlamalıdır. Bu, tank və təyyarələrlə deyil, danışıqlar vasitəsi ilə olmalıdır. İnsanlar harada yaşamalarından asılı olmayaraq hüquqlara malikdir və bu hüquqar müdafiə olunmalıdır", - deyə o vurğulayıb.

Mediainfo.az