Obama İlham Əliyevə məktub göndərib

Obama İlham Əliyevə məktub göndərib

3 İyun 2014 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama dövlət başçısı İlham Əliyevə məktub göndərib

Mediainfo.az AzerTac-a istinadən xəbər verir ki, məktubda prezident Obama Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibəti ilə dövlət başçısı İlham Əliyev və Azərbaycan xalqına salamlarını çatıdırb: "Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcəkdir. "Cənub" qaz dəhlizinin reallaşdırılması Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edəcəkdir. Amerika Birləşmiş Ştatları sözügedən layihənin həyata keçirilməsini Avropanın qaz təchizatının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir və bu işə kömək etməyə hazırdır. Ölkənizin enerji təchizatçısı kimi rolu iqtisadiyyatın şaxələndirilməsinə və qanunun aliliyinin gücləndirilməsinə imkan verəcək və Azərbaycan xalqının rifahını yaxşılaşdıracaqdır. Birləşmiş Ştatlar həmin məqsədlər istiqamətində davamlı əməkdaşlığımıza yüksək dəyər verir".