Zakir Həsənov bir sıra görüşlər keçirib

Zakir Həsənov bir sıra görüşlər keçirib

3 İyun 2014 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfər edib. Azərbaycanın NATO-dakı Nümayəndəliyindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z. Həsənov NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav tərəfindən rəsmi mərasimlə qarşılanıb və daha sonra keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Nazir NATO-nun Müfəssəl Böhranlar və Əməliyyatların İdarə Olunması Mərkəzinə baş çəkib və bu qərargahla tanış olub. Eyni zamanda general-polkovnik Z. Həsənov NATO-nun Xüsusi Əməliyyatlar Qərargahına tanışlıq səfəri edib və ona Qərargahın rəisi vitse-admiral Pybus tərəfindən qısa brifinq verilib.

Azərbaycanlı nazir NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfəri çərçivəsində həmçinin NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinə də baş çəkib.

Mediainfo.az