Qarabağla Ermənistan sərhədində gömrük məntəqəsi qoymayacaq

Qarabağla Ermənistan sərhədində gömrük məntəqəsi qoymayacaq

2 İyun 2014 16:30
432
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq". Ölkənin iqtisadiyyat naziri Karen Çşmarityan iyunun 2-də belə açıqlama verib.

"Media forum"-un məlumatına görə, "Dağlıq Qarabağsız Avrasiya Birliyinə daxil olmaq Ermənistanı narahat etməlidirmi" sualına Çşmarityan belə cavab verib: "Bəyəm biz Qarabağla hansısa beynəlxalq təşkilata – Dünya Ticarət Təşkilatına, MDB-yə və ya harasa daxil oluruq? İndiki halda bu heç nəyi dəyişmir, Dağlıq Qarabağda istehsal olunan mallar MDB-də, Avropada və dünyanın digər yerlərində məhdudiyyətsiz dövr edə bilər".

Xatırladaq ki, Ermənistan bu ay Avrasiya İqtisadi İttifaqına üzv olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev qurumun təsisçilərinə – Rusiya, Qazaxıstan və Belarus prezidentlərinə məktub göndərib. Məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün şərt qoyulur. Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birliyin tanıdığı ərazi çərçivəsində daxil ola bilər. İlham Əliyevin məktubunda Ermənistana 2003-cü ildə Dünya Ticarət Təşkilatına üzv olarkən məhz belə şərt qoyulduğu xatırladılır.

Mediainfo.az