DSX-nin Luqansk dəstəsinə hücum zamanı 5 separatçı öldürülüb, döyüş davam edir

DSX-nin Luqansk dəstəsinə hücum zamanı 5 separatçı öldürülüb, döyüş davam edir

2 İyun 2014 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 2-də yerli vaxtla saat 05.00-da Ukrayna Dövlət Sərhəd Xidmətinin Luqansk şəhərindəki Sərhəd Dəstəsinə separatçıların silahlı hücumu başlayıb.

Apa-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, avtomat və qumbaraatanlarla silahlanmış təxminən 400 nəfərlik qrup ətraf binaların içərisindən və həyətindən Luqansk Sərhəd Dəstəsinin yerləşdiyi ərazini atəşə tutur.

Ukrayna Dövlət Sərhəd Xidməti 7 saatlıq döyüşlərdən sonra 5 separatçının öldürüldüyünü, 8-nin yaralandığını açıqlayıb. Ukrayna sərhədçiləri arasında 10-a qədər yaralı var. Döyüş davam edir. Ətrafda yaşayış binalarının olması Ukrayna hərbi aviasiyasının terrorçulara zərbə endirməsinə mane olur.

Qeyd edək ki, Ukrayna-Rusiya dövlət sərhədinin Luqansk istiqamətində vəziyyət son günlər xeyli gərginləşib. Separatçı-terrorçu qruplaşma sərhəd xəttini nəzarətə götürməyə və beləliklə, Rusiyadan maneəsiz şəkildə canlı qüvvə və silah gətirilməsini təmin etməyə çalışır.

Mediainfo.az