Çexiyanın Xİ naziri Lubomir Zaoralek Azərbaycana səfər edəcək
Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek Azərbaycana rəsmi səfərə gəlir. XİN-in mətbuat xidmətində səfər çərçivəsində iyunun 3-də Lubomir Zaoralekin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. Səfər iyunun 4-də başa çatacaq.
Mediainfo.az
Digər xəbərlər