İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterlə təkbətək görüşüb

İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterlə təkbətək görüşüb

2 İyun 2014 11:09
Bəyəndim (0) Bəyənmədim (0)
Bir sıra məsələlər müzakirə edilib

Azərbaycan prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin təkbətək görüşü keçirilib.

APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib. Söhbət əsnasında həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, D. Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Mediainfo.az