Fransa ikiyə bölündü

Fransa ikiyə bölündü

6 Aprel 2011 18:50
825
Bəyəndim (0) Bəyənmədim (0)
Müsəlmanlar etiraz etdilər

Fransa İslamın cəmiyyətdəki yeri ilə əlaqədar dünən başlayan mübahisə səbəbi ilə ikiyə bölündü. Müsəlmanlar və insan hüquqları təşkilatları Sarkozi partiyasının gündəmə gətirdiyi 26 maddəlik paketlə İslam dinini hədəfə aldığını əsas gətirərək, sərt reaksiya göstərdilər.

Prezidentin sağ qolu olan nazir Queant "İslam və dünyəvilik" mövzusu ətrafında dünən keçirilən tədbirdə çıxış etdi. O, "Bu dinə inananların sayının artması və onların bəzi davranışları böyük problem yaradır", deyərək sözlərinə əlavə etdi: "Fransada 1905-ci ildə az sayda müsəlman var idi, bu gün isə rəqəm 5-6 milyona qədər yüksəlib".

O.M.