Texas ştatı Xocalı soyqırımını tanıdı

Texas ştatı Xocalı soyqırımını tanıdı

4 İyun 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Texas ştatının nümayəndələr palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın Xocalı şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilib.
Qətnamədə qeyd edilir ki, "Human Rights Watch" təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi tanıyıb.
Xatırladaq ki, 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Ümumiyyətlə ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri, o cümlədən Kaliforniya ştatı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul ediblər.

Görünən kəndə bələdçi lazım deyil. Təki Qarabağın kəndlərini göstərə bilək...

Könül Aypara

O.M.