Mladiç məhkəmə qarşısında

Mladiç məhkəmə qarşısında

3 İyun 2011 15:36
Bəyəndim (0) Bəyənmədim (0)


Sabiq general Mladiç məhkəmə zalına boz kostyum və ağ-qaralı qalstukda gəlib, verilən sualları fəal şəkildə cavablandırıb. Adını, soyadını, doğum tarixini söyləyən Mladiç xəstə olduğunu da qeyd edib. Qohumları və Belqraddakı vəkili generalın müalicəyə ehtiyacı olduğunu söyləsələr də, həkim R. Mladiçin səhhətinin onun məhkəmə qarşısına çıxmasına əngəl olmayacağına rəy verib.

R. Mladiç proses zamanı ittiham aktı ilə tanış olmaq üçün iki ay vaxt istəyib. Bunu nəzərə alan hakim Alfons Ori növbəti məhkəmə iclasının iyulun 4-də keçirilməsinə qərar verib. 11 maddəlik ittiham aktının 37 səhifə olduğu bildirilir. Xatırladaq ki, R. Mladiç mayın 26-da Serbiyada yaxalanıb və mayın 31-də Haaqaya ekstradisiya olunub. O, 1992-1995-ci illərdə baş vermiş Bosniya müharibəsi zamanı insanlığa qarşı cinayətlərdə, Srebrenitsa şəhərində törədilmiş soyqırımda və etnik təmizləmə aparmaqda günahlandırılır.

Etnik təmizləmə aparan Mladiç "özünü təmizə" çıxarmağa çalışır.

Bəhram Mustafabəyli

O.M.