Sudandan İsrailə sərt bəyanat

Sudandan İsrailə sərt bəyanat

6 Aprel 2011 17:08
923
Bəyəndim (0) Bəyənmədim (0)


Sudan İsrailə sərt mesaj göndərib. Belə ki, İsrailin qırıcı təyyarələri yenidən Sudanın hava sərhədini pozub.

Sudanın Xarici İşlər naziri Əli Əhməd Karti aprelin 6-da hava sərhədinin pozulmasına münasibət bildirib. O, belə hal yenidən baş verərsə, təyyarənin vurulacağı haqqında açıqlama yayıb.

Qeyd edək ki, belə bir hadisə 2009-cu ildə də baş vermiş, yük maşını vurulmuş, nəticədə, 119 nəfər həlak olmuşdu.

İsrail rəsmiləri isə hadisəyə şərh verməyiblər.

O.M.