Bu gün Ratko Mladiç Haaqa məhkəməsi qarşısına çıxacaq

Bu gün Ratko Mladiç Haaqa məhkəməsi qarşısına çıxacaq

3 İyun 2011 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi cinayətlərdə və soyqırımda ittiham olunan Bosniya serblərinin keçmiş lideri Ratko Mladiç bu gün Haaqa məhkəməsi qarşısına çıxacaq. İlk iclasda Ratko Mladiçə qarşı 90-cı illərdə Bosniya müharibəsi zamanı hərbi cinayətlərlə bağlı ittiham irəli sürüləcək. O, özünümüdafiə yolunu seçəcək - vəkilin köməyi ilə və ya müstəqil müdafiə olunmaq niyyətini açıqlayacaq. Tribunalın qaydalarına görə Mladiç cavab vermək üçün məhkəmədən 30 gün istəyə bilər. Ancaq məhkəmə iclasının baş tutmayacağı da istisna edilmir. Belə ki, Ratko Mladiç ötən gün səhhətinin pisləşməsi ilə əlaqədar Haaqada təcridxananın xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, mayın 26-da Serbiyanın Lazarevo kəndində həbs olunan Ratko Mladiç ötən gün Haaqaya ekstradisiya edilib. O, 1992-95-ci illərdə Bosniya müharibəsi zamanı Srebreniça kəndində etnik təmizləmələrin təşkilində günahlandırılır. Keçmiş general bu cinayətlərdə günahını rədd edir.

Vaxt var idi xəncərinin dalı da kəsirdi, qabağı da. İndi də kəsir, amma özünü.

Tofiq Əliyev

O.M.