Bəhreyn aksiya fəalları xəbərdarlıq edib

Bəhreyn aksiya fəalları xəbərdarlıq edib

2 İyun 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bəhreyndə fövqəladə vəziyyət rejimi ləğv edilsə də, etiraz aksiyaları hələ də davam edir. Paytaxt Myanma yaxınlığında bir çox kəndlərdə hələ də təhlükəsizlik qüvvələrinin nümayişçilərə müdaxilə etdiyi bildirilir.

"Facebook" sosial şəbəkəsindən edilən çağırışlar əsasında bir araya gələn minlərlə adam Diraz, Bani, Camrah və Karzakan bölgələrində hökumət əleyhinə nümayişlər keçirir. Onlar fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasından sonra küçələrdən yığışmalı olan təhlükəsizlik qüvvələrinin hələ də küçələrdə gözə dəyməsindən narahatdırlar. Bəhreynin insan haqları müdafiəçiləri isə hökumətin fövqəladə vəziyyət rejimini ləğv edərkən səmimi olmadığını hesab etdiklərini bəyan edirlər. Bu gün Bəhreyndə eyni vaxtda 40 ayrı etiraz aksiyası keçirilir. Aksiya fəalları yaxın vaxtlarda daha kütləvi nümayişlərin keçiriləcəyinə dair xəbərdarlıq ediblər.

Xalqla hökumət arasındakı uçurum daha da dərinləşir.

Tofiq Əliyev

O.M.