Fidel Kastro BDU-da olub!

Fidel Kastro BDU-da olub!

1 İyun 2011 12:33
866
Bəyəndim (0) Bəyənmədim (0)


Kuba inqilabının öndəri Fidel Kastronun oğlu, Kuba Respublikası Dövlət Şurasının elmi işlər üzrə məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olmuş, rektor, akademik Abel Məhərrəmovla görüşmüşdür. Qonaq qeyd etmişdir ki, təmsil etdiyi ölkə təbiət elmləri, xüsusilə bu elmlər üzrə magistrant və doktorantların hazırlanması sahəsində əməkdaşlıqda daha çox maraqlıdır.

Akademik Abel Məhərrəmov Azərbaycan xalqının Kubaya rəğbət bəslədiyini qeyd edərək, BDU-nun Kuba ilə elm və təhsil sahəsində əməkdaşlığa məmnuniyyətlə hazır olduğunu, bu sahədəki əlaqələrin əsasının hələ sovet vaxtından qoyulduğunu bildirmişdir. Azərbaycan və Kubada eyni elmi məktəbin olmasını diqqətə çatdıran rektor bu əməkdaşlığın səmərəli olacağına inandığını vurğulamışdır.

Kubadan gələn qonaqlar Bakı Dövlət Universitetinin nanotexnologiyalar üzrə nailiyyətlərinə xüsusi diqqət yetirmişlər. Fidel Kastro Dias-Balart demişdir ki, Kuba nanotexnologiyaların öyrənilməsi sahəsində dünya tendensiyalarından kənarda qalmaq istəmir. Qonaqlar BDU-nun Nano Araşdırmalar Mərkəzi və müxtəlif kafedralarında, elmi-tədqiqat laboratoriyalarında olmuş, xoş təəssüratla ayrılmışlar.

Könül Aypara

O.M.