Hillari Klintonun təbriki

Hillari Klintonun təbriki

31 May 2011 11:14
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın dövlət katibi Hillari Klinton 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrik bəyanatında H.Klinton bildirib: "Mayın 28-də Respublika Gününü qeyd edən Azərbaycan xalqını Prezident Obama və ABŞ xalqı adından təbrik etməkdən məmnunluq duyuram. Bu, zəngin mədəniyyətinizə və tarixinizə hörmət ifadə etmək və 20 il bundan əvvəl müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı mühüm nailiyyətləri qeyd etmək üçün xüsusi bir imkandır. Ötən il Bakıya və ölkənizə ilk dəfə olaraq etdiyim səfərdən məmnun qalmışdım. Azərbaycanın dinamikası və potensialından, Azərbaycan xalqının gücündən mütəəssir olmuşdum. ABŞ və Azərbaycan qarşılıqlı maraqlara və hörmətə əsaslanan güclü münasibətlərə malikdirlər. Biz bir sıra qlobal çağırışların öhdəsindən gəlmək və fürsətlərdən yararlanmaq üçün əməkdaşlıq edirik. Biz regional təhlükəsizliyi və sabitliyi dəstəkləmək, enerji təhlükəsizliyini genişləndirmək və daha da böyük iqtisadi və siyasi islahatları təşviq etmək istiqamətində çalışırıq. ABŞ ölkələrimiz arasındakı tərəfdaşlığın gücləndirilməsi işinə sadiq olaraq qalır. Bu xüsusi gündə Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ona qarşıda dinc və firavan bir il diləyirəm".

Sözlə yox, əməl ilə dəstək olmaq lazımdır.

Könül Aypara

O.M.