“Azərbaycan status-kvonu dəyişdirmək istəyir”

“Azərbaycan status-kvonu dəyişdirmək istəyir”

31 May 2011 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

"İyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə görüşü planlaşdırılır. Görüşə təkcə biz yox, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər, onların prezidentləri böyük əhəmiyyət verir". "Oxumeni.az" "APA"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, hər üç ölkə prezidentinin bu yaxınlarda verdiyi bəyanatı xatırladıb: "Orada münaqişənin tezliklə həll olunması ilə bağlı sanki bir tələb ortaya qoyulur. Bizim də istəyimiz ondan ibarətdir ki, həm Minsk Qrupu həmsədrlərinin, həm də beynəlxalq ictimaiyyətin əsas tələbi - regiondakı status-kvonun dəyişdirilməsi istəyi reallaşsın. Status-kvonun dəyişdirilməsi münaqişənin həllində birinci mərhələnin, yəni Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlaya bilər. Düşünürəm ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq və müəyyən bəhanələrlə yenə danışıqlar prosesinin vaxtının uzanmasına səbəb olmayacaq".

Əmir Teymur ermənilər haqda deyib: "Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər". İndi isə nəinki Azərbaycan, hətta bütün dünya Əmir Teymuru lənətləyir.

Tofiq Əliyev

O.M.