Nino Burcanadzenin həyat yoldaşı barəsində cinayət işi açılıb

Nino Burcanadzenin həyat yoldaşı barəsində cinayət işi açılıb

30 May 2011 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadze hakimiyyət orqanlarına silahlı müqavimət hazırlığında və kütləvi iğtişaşların təşkilində ittiham olunur. Təqsirləndirilən şəxsin həbs olunub-olunmadığı haqqında məlumat verilmir. Amma B.Bitsadzeyə qarşı ittihamların kifayət qədər əsaslı faktlara söykəndiyi bildirilir. Onların arasında həm şahid ifadələri, həm də əməliyyat videoçəkilişləri var. Bu çəkilişlərin birində B.Bitsadze də daxil olmaqla müxalifət liderlərinin restoranda keçirilən görüşü əks olunub ki, burada da polisə müqavimət taktikası müzakirə edilir. Qeyd edək ki, mayın 21-də Gürcüstan müxalifəti hakimiyyət dəyişikliyi tələbi və inqilab çağırışları ilə mitinqə başlayıb. Mayın 26-da polis aksiyanın meriya ilə razılaşdırılmış vaxtının başa çatdığını əsas gətirərək, iştirakçıları dağıdıb. Bu zaman iki nəfər həlak olub, onlarla adam yaralanıb. Yüzə yaxın aksiya iştirakçısı isə polisə müqavimət və xuliqanlıqda təqsirləndirilərək saxlanılıb. Gürcüstan DİN müxalifəti ölkədə çevriliş etmək cəhdində ittiham etsə də, saxlanılanlara qarşı müvafiq ittiham hələ irəli sürülməyib.

Ağıllı qadın ərini xoşbəxt, ağılsız isə bədbəxt edir. (Konfutsi)

Tofiq Əliyev

O.M.