Elmar Məmmədyarov ABŞ-a yola düşdü

Elmar Məmmədyarov ABŞ-a yola düşdü

29 May 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfərə yola düşür. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Mayın 29-dan iyunun 3-ə qədər davam edəcək səfər çərçivəsində E. Məmmədyarovun Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klinton və Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru xanım Fiona Hill ilə görüşləri nəzərdə tutulub.

Azərbaycan XİN başçısının Nyu-yorkda BMT baş katibi Pan Ki Mun, Ərəb Dövlətləri Liqasının və Asiya dövlətlərinin BMT yanında daimi nümayəndələri ilə görüşü olacaq. E. Məmmədyarov İslam Konfransı Təşkilatı səfirlərinin görüşündə də iştirak və çıxış edəcək.


Günel Həbib