Silvio gəlir, Karlanı qorumaq lazımdır...

Silvio gəlir, Karlanı qorumaq lazımdır...

28 May 2011 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Deauville şəhərində liderlərin görüşü - "G-8" zirvəsi keçirildi. Zirvədə Sarkozi həmkarları üçün şam yeməyi təşkil etdi. O, qonaqlarına göstərdiyi fərqli münasibəti ilə diqqət çəkdi.

Belə ki, Fransa prezidenti həyat yoldaşı Karla Brunini bəzi dövlət məmurlarına qısqandı. O, Karlanın ABŞ rəhbəri Barak Obama və Yaponiyanın baş naziri Naoto Kan ilə öpüşüb-görüşməsinə izn verdi. Lakin sıra son zamanlar başı seks skandalları ilə qarışıq olan, pul qarşılığında yetişkin olmayan bir qadınla cinsi əlaqəyə girdiyi üçün haqqında cinayət işi açılan İtaliyanın baş naziri Silvio Berluskoniyə gəlincə, Sarkozi onun yanında first-ledini gözündən qoymadı. Hətta şəkil çəkdirəndə belə onların arasına ətdən divar hördü. Eyni münasibəti ondan İngiltərənin baş naziri Devid Kameron da gördü.


Günel Həbib