Hillari Klinton Pakistana səfər edib

Hillari Klinton Pakistana səfər edib

27 May 2011 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Hillari Klinton Pakistana elan edilməmiş səfərə gəlmişdir. "Əl Qaidə" qruplaşmasının lideri Üsamə bin Laden Pakistan ərazisində öldürüldükdən sonra iki ölkə arasında münasibətlər gərginləşmişdir. ABŞ Dövlət Departamentindən bildirmişlər ki, Klinton Pakistanda hakimiyyətlə bağlı vəziyyət barədə bir sıra bəyanatlar verəcəkdir, lakin bu bəyanatların təfərrüatı açıqlanmır.
Pakistan hökuməti bundan əvvəl İslamabadın Vaşinqtonun xüsusi əməliyyat keçirilməsi qərarı barədə xəbərdar edilməməsi ilə əlaqədar narazılığını bildirmişdi.

Könül Aypara