Azərbaycanla Serbiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Azərbaycanla Serbiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

17 Fevral 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Belqradda Serbiya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Apa-nın Serbiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saziş Serbiya müdafiə naziri Neboyş Rodiçin azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı imzalanıb.

İmzalanma mərasimindən sonra nazirlər iki ölkə arasında mövcud əlaqələrdən məmnunluq ifadə ediblər. Onlar qeyd ediblər ki, həmin saziş bu əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.

N.Rodiç bildirib ki, bu saziş Serbiya və Azərbaycana hərbi-iqtisadi, hərbi-tibbi və hərbi təhsil sahələrində əməkdaşlığı dərinləşdirmək üçün hüquqi əsas yaradır.