İran Pakistan və Əfqanıstana qoşun yeridə bilər

İran Pakistan və Əfqanıstana qoşun yeridə bilər

17 Fevral 2014 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

İran Pakistan və Əfqanıstan ərazisinə qoşun yeridə bilər

Apa "Associated Press"ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İranın daxili işlər naziri Abdulrza Rəhmani Fazlı çıxış edib.

O bildirib ki, buna səbəb iranlı sərhədçilərin "Cayş əl-Ədl" qruplaşması tərəfindən əsir götürülməsidir. A.Fazlının sözlərinə görə, Tehran artıq İslamabad və Kabildən iranlı sərhədçilərin qaytarılması üçün səylər göstərməsini istəyib. "Əks təqdirdə İran sərhədyanı zonaya öz qoşunlarını yeritmək hüququndan istifadə edə bilər", - deyə vurğulayıb.

Hələlik nə Pakistan, nə də Əfqanıstan rəsmiləri İran daxili işlər nazirinin bəyanatına reaksiya verməyiblər.

Qeyd edək ki, ötən həftə İranın Pakistan və Əfqanıstanla sərhədində 5 nəfər iranlı sərhədçi bu vaxtadək tanınmayan "Cayş əl-Ədl" qruplaşması tərəfindən əsir götürülüb.