“Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu” mövzusunda dəyirmi masa keçirilib

“Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu” mövzusunda dəyirmi masa keçirilib

17 Fevral 2014 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Tədbirin digər iştirakçıları Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında indiyədək keçirilən görüşlərin əhəmiyyətini vurğulayıblar.

DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bir neçə gündən sonra Xocalı faciəsinin anım mərasiminin keçiriləcəyini xatırladaraq son illər bu faciənin dünyaya çatdırılmasında böyük işlər görüldüyünü bildirib: "Avropada, ABŞ-da soydaşlarımızın sıx məskunlaşdığı ərazilərdə bu faciə böyük hüznlə anılır. İllər keçdikcə həm ölkə daxilində, həm də xaricdə yaşayan insanlar Xocalıda baş verən soyqırım haqqında daha yaxşı məlumatlanırlar. Lakin diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmalıdırlar. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin siyasətinə təsir imkanı qazanmalıdırlar ".

S. Rüstəmxanlı qeyd edib ki, Azərbaycan cəmiyyəti Xocalı soyqırımından əvvəl də faciələr yaşayıb, lakin təəssüf ki, bunlar lazımınca dünya ictimaiyyətinin diqqətinə çatdırılmayıb: "Nə qədər ağır faciələr yaşasaq da, nədənsə dünya həmişə bizə günahkar kimi baxıb. Bütün baş verənlərin təqsirini bizdə görməyə çalışıblar".

Millət vəkili Asim Mollazadə isə çıxışında bildirib ki, dünyada yaşayan hər bir azərbaycanlı Xocalı faciəsi ilə bağlı ədalət çağırışında olmalıdır. Onun sözlərinə görə, Xocalı soyqırımı Azərbaycan xalqı üçün bir ağrı olmaqla yanaşı, əslində etnik təmizləmələrə əsas verən proses olub: "Azərbaycan xalqının istəyi qisas deyil. Xalqımız beynəlxalq hüquq normaları ilə cinayətkarları beynəlxalq məhkəmə qarşısına çıxarmaq istəyir. Çünki cinayətkar öz cəzasına çatmayınca, bu cinayətlər təkrar olunacaq. Azərbaycan xalqının istəyi də məhz ondan ibarətdir ki, bu cinayətlər təkrarlanmasın, insanlar hərbi cinayətkarların qurbanlarına çevrilməsin".

Tədbirin digər iştirakçıları Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında indiyədək keçirilən görüşlərin əhəmiyyətini vurğulayıblar.

Apa