
Prezidentlər təkbətək görüşdülər
Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü keçirilib.
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü keçirilib.Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib.Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi də aparılıb.
Digər xəbərlər