Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

12 Fevral 2014 11:33
Bəyəndim (0) Bəyənmədim (0)
İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini qarşılayıb

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi olub. Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib. Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Georgi Marqvelaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.