Gürcüstan prezidenti sabah Azərbaycana gəlir

Gürcüstan prezidenti sabah Azərbaycana gəlir

11 Fevral 2014 16:19
395
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfərinin proqramı bəlli olub. Gürcüstan mediasının verdiyi məlumata görə, G. Marqvelaşvili fevralın 12-13-də gerçəkləşəcək səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Qonaq Qəbələ və Qax rayonlarına da səfər edərək yerli gürcü icması ilə bir araya gələcək.