Moskvada MDB ölkələrinin milli antiterror mərkəzlərinin rəhbərləri görüşüblər

Moskvada MDB ölkələrinin milli antiterror mərkəzlərinin rəhbərləri görüşüblər

11 Fevral 2014 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında MDB-yə üzv ölkələrin milli antiterror mərkəzlərinin rəhbərləri bir araya gəliblər. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda terrorla və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İclas çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə "Yüksək texnologiyalı terrorla mübarizədə beynəlxaq əməkdaşlıq: problemlər və onların həll yolları" adlı beynəlxalq konfrans da keçirilib.

Konfransda Azərbaycan da daxil olmaqla, 11 MDB dövlətinin təhlükəszilik və xüsusi xidmət oqranlarının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

İki gün davam edəcək tədbirin keçirilməsində məqsəd yüksək texnologiyalı terror risklərini, elmi-texniki tərəqqinin kölgədə qalmış tərəfini və yüksək texnologiya sahəsində terror probleminin həlli yollarını müzakirə etmək olub.