Gürcüstanın baş naziri Rusiya prezidenti ilə görüşə hazır olduğunu bəyan edib

Gürcüstanın baş naziri Rusiya prezidenti ilə görüşə hazır olduğunu bəyan edib

11 Fevral 2014 15:32
536
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bəyan edib.

Belə bir bəyanatla İ.Qaribaşvili "İmedi" telekanalının canlı efirində çıxış edib.

"Mən buna hazıram", - deyə Gürcüstanın baş naziri vurğulayıb.

Xatırladaq ki, V.Putin dünən jurnalistlərə açıqlamasında gürcüstanlı həmkarı ilə görüşün keçiriləcəyini istisna etməyib. Öz növbəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili Putinin dediklərini analiz edəcəyini bildirib.