Ukrayna parçalanmaq təhlükəsində

Ukrayna parçalanmaq təhlükəsində

10 Fevral 2014 14:21
Bəyəndim (0) Bəyənmədim (0)
Dövlət daxilində yeni dövlət elan edildi

Ukrayna faktiki parçalanma mərhələsinə qədəm qoyub, artıq ölkə vətəndaşlarına "Donetsk Respublikası"nın pasportları paylanıb.

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, Donetsk şəhərində Donetsk-Krivoy-Roq Respublikasının yaranmasının 96-ci ildönümünə həsr olunmuş mitinqdə arzu edən bütün vətəndaşlara "Donets Respublikası"nın pasprotları paylanıb. Donetsk Ukrayna daxilində "federal respublika" elan ediblər. Donetsk-Krivoy-Roq Respublikasının yaradıcısı olan Artyomun abidəsi qarşısında keçirilən aksiyada müxtəlif partiyadan nümayəndələr iştirak ediblər. Avrointeqrasiya əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları sonda vilayət və rəhbərliklərinə müraciət edərək Donets-Krivoy-Roq Respeblikasının yaradılmasını elan etməyə çağırıblar. Aksiya iştirakçıları həmçinin ölkə prezidentindən Ukraynanı tez bir zamanda federal ölkəyə çevrilməsi istiqamətində qərar verməyi tələb ediblər. Bütün aksiya iştirakçılarına pasport paylanıb.