Ukrayna prezidenti və BMT baş katibi arasında görüş olub

Ukrayna prezidenti və BMT baş katibi arasında görüş olub

7 Fevral 2014 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Soçi Qış Olimpiadasının açılışında iştirak etmək üçün Rusiyada səfərdə olan Ukrayna prezidenti Viktor Yanukoviç və BMT baş katibi Pan Gi Mun arasında görüş olub.

Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ukraynada hazırkı vəziyyət və bu məsələnin həlli istiqamətində birgə əməkdaşlıq məsələsi müzakirə olunub.

V.Yanukoviç BMT baş katibinə ölkədəki vəziyyəti diqqətdə saxladığına görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ukrayna BMT-nin təşəbbüslərinə diqqətlə yanaşır: "Ukrayna hökuməti bütün addımları atacaq ki, münaqişənin eskalasiyası baş verməsin. Son vaxtlar biz Ukraynadakı siyasi vəziyyətin sülh yolu ilə çözülməsi prosesində vacib addımlar atmışıq".