Müxalifət Krım MR-in parlamentini hədələyib

Müxalifət Krım MR-in parlamentini hədələyib

5 Fevral 2014 15:44
539
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna müxalifəti Maydanı dəstəkləməyən Krım Muxtar Respublikasının parlamentini cəzalandıra biləcəyini bəyan edib. Apa-nın NBN-ə istinadən verdiyi məlumata görə, Ali Radanın müxalif "Batkivşina" fraksiyasının üzvü Nikolay Tomenko Krımın qanunvericilik orqanının buraxıla biləcəyini deyib.

"Əgər Krımın Ali Radası bundan sonra da Konstitusiyaya zidd addımlar atacaq, biz onun buraxılması haqda qərar qəbul edə bilərik", - deyə o vurğulayıb.

N.Tomenko həmçinin Krım Muxtar Respublikasının Rusiyaya müraciət etməyə hazırlaşması ilə bağlı parlament araşdırmasına başlanılmasını tələb edib. O, Krım deputatlarının fəaliyyətini Ukraynanın tərkibindən çıxmağa hazırlıq kimi dəyərləndirib.