Putin dünyanın 1 saylı siyasətçisi seçilib

Putin dünyanın 1 saylı siyasətçisi seçilib

5 Fevral 2014 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında dünya informasiya agentliklərinin keçirdiyi sorğu nəticəsində siyasətçilərin, elm adamlarının və mədəniyyət xadimlərinin yeni reytinqi hazırlanıb. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın İTAR-TASS dövlət agentliyinin təşəbbüsü ilə keçirilən sorğunun nəticəsini agentliyin baş direktoru Sergey Mixaylov elan edib. O bildirib ki, "Ümumdünya reytinqi 2013"ün "1 nömrəli siyasətçi" nominasiyasında Rusiya prezidenti Vladimir Putin qalib gəlib: "Rusiya prezidenti 53 siyasətçi arasında ilk yerə layiq görülüb. Növbəti yerləri Roma papası Fransisk, Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama tutublar".

Dünyanın "1 nömrəli elm adamı" nominasiyasında 76 namizəd arasında britaniyalı Nobel mükafatı laureatı Piter Hiqs qalib gəlib. "1 nömrəli mədəniyyət xadimi" nominasiyasında qalib kanadalı yazıçı, 2013-cü ildə Nobel mükafatına layiq görülmüş Elin Munro olub.

S. Mixaylov deyib ki, "Ümumdünya reytinqi-2013" sorğusunda 175 informasiya agentliyi və KİV iştirak edib: "Sorğu İTAR-TASS-ın təşəbbüsü ilə informasiya agentlikləri və internet xəbər saytlarının rəhbərləri arasında keçirilib. Bu sorğu professional media arasında keçirilən, tarixdə ilk nümunədir. Sorğuda dünyanın 84 ölkəsindən 265 informasiya agentliyi və internet xəbər saytı iştirak edib".