Zakir Həsənov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədrini qəbul edib

Zakir Həsənov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədrini qəbul edib

4 Fevral 2014 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri iki ölkə arasında hərbi sahədə mövcud əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.

S. Qurulyov Azərbaycanla Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Belarus hərbi və hərbi-texniki təhsil sahəsində mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

apa