MDB ölkələrinin birgə antiterror təlimləri keçiriləcək

MDB ölkələrinin birgə antiterror təlimləri keçiriləcək

4 Fevral 2014 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 11-12-də Moskvada MDB ölkələrinin birgə antiterror təlimləri keçiriləcək.

Apa-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Moskvaya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın xüsusi xidmət orqanlarının rəhbərləri dəvət olunub.

Planlaşdırılan görüş zamanı tərəflər kütləvi idman yarışları zamanı ekstremizmə qarşı mübarizə, beynəlxalq axtarışın inkişafı, habelə yüksək texnologiyalar sahəsində terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək.