Oqtay Əsədov  İrana gedəcək

Oqtay Əsədov İrana gedəcək

3 Fevral 2014 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İrana səfər edəcək.

Bu barədə Apa-ya məlumat verən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, fevralın 18-19-da baş tutacaq səfər çərçivəsində O.Əsədov Tehranda keçiriləcək İƏT Parlament Assambleyasının 9-cu sessiyada iştirak edəcək. Sessiya zamanı O.Əsədovun çıxışı nəzərdə tutulub.

Diplomat əlavə edib ki, səfər zamanı Milli Məclis sədri həmçinin İran parlamentinin sədri Əli Laricani və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.