Ş.Koreya prezidenti zirehli qatarda Çinə gəldi

Ş.Koreya prezidenti zirehli qatarda Çinə gəldi

25 May 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Reutersin məlumatına görə, bu gün Şimali Koreya rəhbəri Kim Çen İrin zirehli qatarı Çinə gəlmişdir. Məqsəd blokadada olan kommunist ölkənin böyük dövlətin dəstəyini almaqdır. Təyyarədə uçmaqdan qorxan Kim Pekinə gələn kimi təhlükəsizlik tədbirləri gücləndirildi. Hərçənd hər iki ölkədə bu rəsmi səfəri geniş işıqlandırmaqdan boyun qaçırırlar, Ş.Koreya rəhbəri bu il ərzində Çinə üçüncü dəfədir gəlir. Analitiklərin fikrincə, Kim Çen İr Çin prezidenti ilə görüşü zamanı vəzifəsinin kiçik oğluna ötürülməsi məsələsini də müzakirə edəcək və "böyük qardaşdan" razılıq almağa çalışacaq. Cənubi Koreya və ABŞ-ın təzyiqlərinə dözməkdə çətinlik çəkən Şimali Koreya rəsmiləri ümidi yalnız Asiyanın nəhənginə bağlayırlar. Çin də öz növbəsində Qərbin regionda maraqlarına qarşı bu ölkəni müdafiə etməkdə maraqlıdır. Odur ki, Ş.Koreya iqtisadiyyatına son dövrlərdə iri sərmayələr qoyur.

Maraqlıdır, ölkələr də insanlar kimidir. Yardım adı altında hərə öz marağını güdür.

Hafiz Əhmədov

O.M.