Gürcüstanda mayın 25-dən sonra mitinqlər qeyri-qanuni hesab ediləcək

Gürcüstanda mayın 25-dən sonra mitinqlər qeyri-qanuni hesab ediləcək

25 May 2011 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Tiflis şəhər meriyasının yaydığı xəbərə görə, Gürcüstanda mayın 25-dən sonra keçiriləcək mitinqlər qeyri-qanuni hesab ediləcək. Buna səbəb müxalifətə mayın 25-ə kimi mitinq keçirməyə icazə verilməsidir. "Mayın 26-da isə "Gürcüstanın Müstəqilliyi Günü" münasibəti ilə parad keçiriləcək"", - deyə meriyanın bəyanatında bildirilir. Müxalifət lideri Nino Burcanadze isə "Azadlıq" meydanında mitinqin davam edəcəyini elan edib. Müxalifət liderinin sözlərinə görə, mitinq iştirakçıları İctimai Televiziyanın qarşısına toplaşaraq "Azadlıq" meydanına yürüş edəcək və ölkə prezidentinə mayın 26-da keçiriləcək paradın keçirilməsinə imkan verməyəcəklər.

Burcanadze ilə Saakaşvili bir vaxtlar can deyib-can eşidirdilər. İndi də can deyib-can eşidirlər. Biri can deyəndə o biri canına azar deyir!

Tofiq Əliyev

O.M.