“Bakı ilə müqayisədə Yerevan geridə qalmış bir kənd kimi görünür”

“Bakı ilə müqayisədə Yerevan geridə qalmış bir kənd kimi görünür”

25 May 2011 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalında "Açı" proqramında politoloqlarla söhbətində Azərbaycanda gedən tərəqqi və inkişafdan bəhs etmişdir.

Əhməd Davudoğlu demişdir: "hər dəfə Bakıya getdiyimdə şəhərin gözəlləşməsindən qurur duyuram." Azərbaycanda sürətli iqtisadi inkişafdan əldə olunan gəlirin bir hissəsinin paytaxt Bakının abadlaşmasına yönəldildiyini vurğulayan türkiyəli nazir qeyd etmişdir ki, gündən-günə gözəlləşən Bakı ilə Yerevanı müqayisə etdikdə, sonuncu geridə qalmış bir kənd kimi görünür.

Türkiyənin xarici işlər naziri Azərbaycanın nüfuzlu "Eurovision - 2011" mahnı müsabiqəsində qələbəsini də ölkəmizin inkişafının bir əlaməti kimi dəyərləndirmiş, bundan böyük sevinc hissi keçirdiyini söyləmişdir.

Regionumuzu insan orqanizminə bənzətsək, Azərbaycan döyünən ürək, Türkiyə isə onun düşünən beynidir. Bu halda Ermənistan ancaq ifrazat orqanı rolunu oynaya bilər...

Tofiq Əliyev

O.M.