Malayziyada indi də kaset skandalı

Malayziyada indi də kaset skandalı

6 Aprel 2011 11:12
919
Bəyəndim (0) Bəyənmədim (0)

Malayziyada 2 ildən çoxdur ki, kişi cinsi əlaqədə olmaq günahından mühakimə olunan müxalif lider Ənvər İbrahim əyalət seçkilərinə iki həftə qalmış daha bir stress yaşadı. Belə ki, 63 yaşlı müxalif liderinin bir qadınla intim əlaqədə olarkən çəkilmiş gizli kamera görüntüləri internetə sızdırıldı.

Hələ də 25 yaşlı müavini ilə yaşadığı sevgi münasibətinə görə 20 il həbs cəzasıyla məhkum olunan evli və 6 uşaq atası Ənvər İbrahim yeni görüntülərdəki şəxsin o olmadığını dönə-dönə vurğulayır: "O kişi mən deyiləm. İqtidar partiyaları seçkilərdə məni sarsıtmaq üçün bu kaseti internetə sızdırıblar".

İbrahimin arvadı Van Əzizə Van İsmayıl və qızı da müxalif liderin arxasında duraraq kasetin saxta olduğunu açıqlayıb. Dünən bir mətbuat konfransı təşkil edən Van Əzizə, "Haqqında bəhs etdiyimiz kaseti internetdən tapıb ailəmlə birlikdə izlədim.

Bu görüntülərdəki insan fiziki olaraq yoldaşımdan tamamilə fərqlidir", - deyə danışdı. Yoldaşı haqqındakı günahlandırmaların axmaq, əsassız olduğunu dilə gətirən Van Əzizə, "İqtidar partiyaları Borneo adasındakı ən böyük və əhəmiyyətli olan Saravak əyalətini seçkilərdə itirəcəklərini bildilər. Ərimi qaralayaraq onun lideri olduğu "Milli Ədalət Partiyası" nın səslərini azaltmağa çalışırlar": - deyə olaya münasibətini bildirdi.