Medvedev və Obama G8-də ÜTT-ni müzakirə edəcəklər

Medvedev və Obama G8-də ÜTT-ni müzakirə edəcəklər

24 May 2011 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və ABŞ prezidentləri - Dmitri Medvedev və Barak Obama mayın 26-27 - də Fransanın Dovil şəhərində düzənlənəcək "Səkkizlər sammiti"ndə RHM və ÜTT -ni müzakirə edəcəklər. Bu xəbəri Medvedevin köməkçisi Arkadi Dvorkoviç mətbuata yayıb: " Bu məsələlər Rusiyanın Ümumdünya Ticarət cəmiyyətinə daxil olması və təhlükəsizlik barədədir. Əlbəttə, bizim üçün dünyada baş verən hadisələrin müzakirəsi çox maraqlıdır. Hamını Amerika büdcəsinin azaldılması maraqlandırır. Yaponiyadakı sunamidən sonrakı hadisələr, Yaxın Şərq və Şimali Afrikada baş verən dəyişikliklərin enerjidaşıyıcıların qiymətinə təsiri məsələləri də müzakirə mövzusu olacaq".

Böyük səkkizlik dünyanın 8 yerə parçalanması deməkdir. Sonra da deyirlər, hər ölkə, hər xalq öz taleyini özü həll edir...

Bəhram Mustafabəyli

O.M.