Tripolidə ən böyük NATO bombardmanı

Tripolidə ən böyük NATO bombardmanı

24 May 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

NATO qüvvələri Liviyada Müəmmar Qəddafiyə qarşı əməliyyatı genişləndirir. Müttəfiq ölkələrdən Fransa və İngiltərə Qəddafi qüvvələrinə qarşı müharibə vertolyotlarından istifadə edəcəklərini açıqlayıb.

Tripoli səmalarında 20-yə yaxın partlayış səsi gəlib. Hökumət rəsmiləri bir xəstəxananın partladıldığını, üç vətəndaşın öldüyünü, 150 adamın yaralandığını bildiriblər.

Liviyanın başı üzərində qara buludlar daha da çoxalıb. Bu qara buludlardan yağan odlu yağışların ağrı-acısını isə həmişəki kimi dinc əhali çəkəcək...

Tofiq Əliyev

O.M.