Obamanın maşını qəzaya uğradı

Obamanın maşını qəzaya uğradı

24 May 2011 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika lideri Barak Obamanın maşını İrlandiyanın paytaxtı Dublində kiçik bir qəza keçirtdi. "Cadillac" markalı 2.6 ton ağırlıqdakı "The Beast" (Heyvan) zirehli limuzin tramplini aşa bilmədi. Bu səbəbdən də avtomobilin hərəkəti məhdudlaşdı. Barak Obama və həyat yoldaşı Mişel məcburən başqa bir maşına əyləşdilər.

Amerika mətbuatı isə iddia edir ki, həmin vaxt prezident və Mişel Obama limuzində olmayıblar. Ancaq çox güvənli qaynaqlar bunun əksini iddia edirlər.

Ən etibarlı limuzin olaraq istehsal olunan "Heyvan" xüsusilə Obama üçün asfalta çıxıb. ABŞ prezidenti dünyanın harasına gedirsə-getsin, bu maşın ona həmkarlıq edir. Silahlı və bombalı hücumlara qarşı son dərəcə dayanıqlı olan avtomobil kimyəvi hücumlara qarşılıq vermək üçün hətta özlüyündən oksigen belə ixrac edə bilir.

Gül kimi maşını heyvan adlandıranda axırı belə olar...

Günel Həbib

O.M.